Dünya futbolunun argentinalı əfsanəsi Dieqo Armando Maradona haqda serial çəkilib.

Offsideplus.az xəbər verir ki, "Maradona: Mübarək Yuxu" adlanan ekran əsərində mərhum futbolçunun uşaqlığından başlayaraq bütün həyatı əks olunub. Serialda Dieqonun Klaudia Villafane ilə evliliyi də daxil olmaqla münasibətləri araşdırılır və seks səhnələriylə yanaşı emosional məqamlar da əks olunub.

maro

Səhnələrdən birində 2000-ci ildə həddindən artıq dozada narkotik qəbulundan "yıxılan" 40 yaşlı Dieqonun xeyli kilo aldığı da təsvir olunur.

Maradona obrazını canlandıran isə Argentinada tanınmış səhnə adamlarından biri olan Xuan Palominodur.

Serialın promo videosu "YouTube" sosial şəbəkəsində artıq 5 milyondan çox insan tərəfindən izlənilib.