Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi" haqqında sərəncam imzalayıb.

Offsideplus.az xəbər verir ki, "Zirə"nin üzvü Şəhid İlqar Burcəliyev "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Qeyd edək ki, "Zirə"nin U-17 komandasının sabiq üzvü olan İlqar Bürcəliyev sentyabrın 27-də - Vətən müharibəsinin başladığı ilk gün, 19 yaşında şəhid olub. Onun qardaşı Tamerlan Bürcəliyev "Zirə"nin əsas komandasında çıxış edir.