"Çox çətin oyun oldu. Qələbə qazansaq da, komandamın oyunundan razı qalmadım. Ola bilsin, “Uraqan”a qarşı çox güc sərf etdik. Başlanğıc yaxşı oldu. Ardıcıl iki qol vurduq. Bunun davamını da gətirə bilərdik. Şanslarımız oldu".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Joze Alesio Da Silva UEFA Çempionlar Liqasının əsas mərhələsində Rumıniyanın "Yunayted Qalati" klubuna qalib gəldikləri oyunu şərh edərkən söyləyib.
Braziliyalı mütəxəssis 5:3 hesablı qələbəni belə şərh edib: "Sonra ötürmələrdə çoxlu səhvlərə yol verdik. Uşaqlar istəkli idilər, qələbə qazanmaq üçün çalışdılar. Ancaq səhvlərdən də qaça bilmədik. Həm də bu gün Rumıniya təmsilçisinin iki futzalçısı bizə qarşı oynamadı. Biri zədəli, digəri cəzalı idi. Uşaqlar bunu bilirdilər. Bu da görünür onlarda arxayınlıq yaratdı, konsentrasiyanı itirdi. Çox işləməliyik. Belə oynamamalıyıq. Nizam-intizam çox vacibdir. Udmaq da olar, uduzmaq da. Amma düzgün oynamaq, intizama riayət etmək lazımdir. Yenə deyirəm, düzəltməli olduğumuz məqamlar var. Qrupdakı vəziyyətlə bağlı indi bir söz deyə bilmərəm. Günün ikinci oyununu nəticəsindən çox şey asılıdır. Ona görə də son matça belə qələbə qazanmaq üçün çıxacağıq”.