Sabah “Qarabağ” klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimovun İdman Arbitraj Məhkəməsində (CAS) məhkəmə iclası keçiriləcək.

Offsideplus.az xəbər verir ki, iclas onlayn formatda baş tutacaq.

Nurlan İbrahimovun bu barədə sosial şəbəkə hesabında etdiyi paylaşımı sizə təqdim edirik:

"1 neçə gün öncə məmləkəti işğaldan azad olunmuş bir tanışımla qarşılaşdım. CAS-ı soruşdu, sonra dedi ki: 

Allaha çox şükür rayonumuz azad olundu. Ən böyük arzuma qovuşdum. Əgər prezidentlə qarşılaşsam 1 tək istəyim olsa xahiş edərdim sənin işini həll etsin’.
Bu qədər böyüklük olarmı ?! Olar! Azərbaycan xalqı bir tanıdığına tək arzusu kimi yanaşacaq qədər böyükdü..Və sabah bu böyük Azərbaycan xalqının inancı, duası ilə 11 ay bürokratik əngəlləri dəf edərək dünyanın ‘top 5’də olan hüquq şirkətiylə təmsil olunan UEFA-yla CAS-da görüşəcəyik. Nəticə nə olursa olsun, bugün və bugünə kimi zəng edən, yazan, xəbər verən, inanan, dua edən Azərbaycan qədər ürəyinizin qarşısında baş əyirəm.."