Azərbaycan Rusiyanın Kazan şəhərində keçirilən 1-ci MDB Oyunlarında növbəti "qızıl"ını qazanıb.

Offsideplus.az xəbər verir ki, badmintonçumuz Diki Pangestu Rusiyanın Kazan şəhərində keçirilən turnirdə oğlanların fərdi yarışında qızıl medal qazanıb.

O, həlledici görüşdə qazaxıstanlı Dmitri Panarini məğlub edib.