4 - 11 sentyabr tarixlərində Rusiyanın Kazan şəhərində keçiriləcək I MDB Oyunlarının açılış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, üçrəngli bayrağımızı yunan-Roma güləşçisi Həsrət Cəfərov daşıyacaq. 

Qeyd edək ki, 67 kq çəki dərəcəsində çıxış edən güləşçimiz ötən həftə gənclərin dünya çempionatının finalında erməni rəqibinə qalib gələrək qızıl medal qazanıb.