Azərbaycan Üzgüçülük Federasiyası yığmanın ukraynalı məşqçisi Sergey Bondarla yollarını ayırıb.
Offsideplus.az Fanat.az-a istinadən xəbər verir ki, millinin üzvü Maksim Şemberevin də maaşı kəsilib.
Qurum ukraynalı legionerlə müqavilənin müddətini uzatmaq istəmir. Buna səbəb Şemberevin Tokio 2020-də uğursuz çıxışıdır.
28 yaşlı idmançı Olimpiya Oyunlarında 400 metr məsafəyə qarışıq üsulla üzmə yarışında 26-cı yeri tutub.
Qeyd edək ki, Bondar həm də Şemberevin şəxsi məşqçisidir.