Azərbaycanlı hakim Elçin Səmədli UEFA-dan növbəti təyinat alıb.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, beynəlxalq dərəcəli hakim-inspektor qadınlardan ibarət komandalar arasında futzal üzrə Avropa çempionatının seçmə mərhələsində B qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

Qeyd edək ki, bu qrupda Niderland, Moldova, Bosniya və Herseqovina və Ermənistan milli komandaları mübarizə aparacaq. Oyunlar avqustun 16-dan 19-dək Moldovada təşkil olunacaq.