Bakıda daha bir futbol turniri keçiriləcək.

Offsideplus.az xəbər verir ki, yarış əfsanəvi futbolçumuz, mərhum Anatoli Banişevskinin anadan olmasının 75, vəfatının isə 25 illiyinə həsr edilmiş "Banişevski Kuboku" adlanır.

Hacı Vaqif Davudovun təşəbbüsü əsasında həyata keçiriləcək turnir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosasiyasının (AFFA), Bakı Şəhər Gənclər İdman Baş İdarəsinin və Bakı Kəndlər Futbol Federasiyasının dəstəyi ilə baş tutacaq.

Belə ki, matçlarda ədaləti ölkənin ali futbol qurumunun hakimləri qoruyacaq. GİN isə görüşlərin keçirilməsi üçün meydançaları təmənnasız olaraq turnir iştirakçılarının ixtiyarına verəcək. O cümlədən, oyunlar zamanı Səhiyyə Nazirliyi tərəfindən göndərilən tibb personalı və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları da xidmət göstərəcəklər.

Çempionat A və B olmaqla iki qrupdan ibarətdir. Hər qrupda 4 komanda yer alıb. Yarımfinalda ilk iki yeri tutan komandalar çarpaz sistemlə bir-biri ilə qarşılaşacaqlar. Qaliblər həlledici matçda, məğlub olan tərəflər isə 3-cü yer uğrunda mübarizə aparacaqlar.

Çempionatın açılış oyunları iyulun 20-də, saat 18:00-da başlayacaq.

Qruplarda yer alan komandaları və matçların təqvimini diqqətinizə çatdırırq:

A qrupu:

"Moskovski"

"Cürət 2021"

"Gənclər FM"

"İCBFA"

B qrupu:

"Dirçəliş"

"Çinar Zəngilan"

"Mübariz Binə"

"Balaxanı FK"

Təqvim:

A qrupu

20.07.201

Saat 18:00

"Cürət 2021" : "İCBFA" (18:00)

Kapital Bank Arena

"Gənclər FM" : "Moskovski" (18:00)

Stadion: Şağan OİK

B qrupu

21.07.2021

Saat 18:00

"Dirçəliş FK" : "Balaxanı FK" (18:00)

Stadion: Abşeron OİK

"Mübariz Binə" : "Çinar Zəngilan" (18:00)

Şağan OİK