Bakıda işgüzar səfərdə olan Kikboksinq Təşkilatlarının Dünya Assosiasiyasının prezidenti Roy Beykeri salamlayan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanda kikboksinqə böyük maraq olduğunu bildirib. 

Offsideplus.az xəbər verir ki, MOK-un prezidenti, dövlət başçısı İlham Əliyev qeyri Olimpiya idman növlərinə də diqqət göstərilməsini vacib hesab edir.

Azərbaycan Milli Olimpiya Komitəsi qeyri Olimpiya idman növlərinin təbliği istiqamətində fəaliyyət göstərməkdə maraqlıdır.” deyən Çingiz Hüseynzadə Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə xüsusi mükafatlar təqdim etdiyini də xatırlatdı. Bu idmançılar arasında xeyli kikboksinqçinin də olduğunu qeyd etdi:

“Biz kikboksinqin Olimpiya Oyunlarının idman proqramına salınmasını istərdik. Çünki, ölkəmizdə idmanın inkişafına töhfə verən idmançılar arasıında kikboksinqçilər var.” MOK –un vitse prezidenti Çüngiz Heseynzadə Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına salınan karate idman növündən də bəhs etdi. “İlk dəfədir ki, karate Tokio-2020 Yay Olimpiya Oyunları proqramlna salınıb. Bu bizi sevindirir. Çünki, Olimpiya Oyunlarına lisenziyanı təmin edən və dünya miqyasında tanınan karateçilərimiz, Tokioya medal üçün gedir.”

Səmimi görüşə görə təşəkkürünü bildirən Kikboksinq Təşkilatlarının Dünya Assosiasiyasının prezidenti Roy Beyker Azərbaycan idmançılarının istər kikboksinq, istərsə də digər döyüş idman növlərində mütəmadi olaraq qazandıqları uğurların digər ölkələrə nümunə olduğunu bildirib. O təmsil etdiyi idman növünün idman fəslsəfəsinə yenilik qatdığını da bildirib. “Kikboksinq yıxılmağı və ayağa qalxmağı öyrədir. Bizdə qalibiyyət qədər məğlubiyyətdən sonra davam etməyin mümkünlüyü də təlqin olunur.” Kikboksinqin gənc nəslin marağına səbəb olduğunu bildirən Roy Bayker bu idman növünün qadınalr arasında populyar olduğunu da vurğuladı. “ Əgər karatedə qadınalırn iştirakı 27%, boksda cəmi 12%-dirsə, kikboksinqdə bu göstərici 34%-ə çatır ki, bu da bizi sevindirir.” Rop Beyker bildirib ki, kikboksinq ən çox tədbir keçridən və üzvü olan idman növlərindən biridir. “İldə kikboksinq üzrə 1300 tədbir keçirilir, dünya üzrə üzvlərimizin sayı isə 5, 2 milyona çatır.”

Görüşün sonunda MOK-un vitse prezidenti Çingi Hüseynzadə, WAKO prezidenti cənab Roy Beykerə MOK-un hədiyyələrini təqdim edib, xatirə şəkilləri çəkilib.

40dd7c7d dc6f 41a1 b505 9290837ad573