Qəzza sektorundan İsrail istiqamətinə 45-dən çox raket atılıb.

İsrail ordusunun məlumatına əsasən, raketlərdən biri Sderot şəhərində mülki avtomobilə dəyib. Hadisə nəticəsində bir vətəndaş xəsarət alıb.

Digər bir raket isə "Dəmir günbəz” raket əleyhinə müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.

"Alquds” qəzetinin məlumatına görə, raket zərbələri nəticəsində üçü uşaq olmaqla, ən az doqquz nəfər ölüb, daha üç nəfər isə yaralanıb.