“Qarabağ” klubunun aşağı yaş qrupları üçün paytaxt Bakıda seçimləri keçirilib.

Offsideplus.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunun məşq meydançasında baş tutan seçimlərdə 2009, 2010 və 2011-ci il təvəllüdlü oğlanlar iştirak ediblər. 

100-ə yaxın uşağın qatıldığı seçimlərdə 5 nəfər “Qarabağ” klubunun akademiyasına qəbul olunub.