Bu gün sosial şəbəkələrdə Sumqayıt Dövlət Universiteti təhsil müəssəsinə məxsus stadionun ortasından piyadalar üçün yolun salınmasını əks etdirən fotoların paylaşılması böyük səs-küyə səbəb oldu.
Bəllidir ki, futbolun "yolunu" bağlayıb özləri üçün yol açan şəxs və ya qurumlara bu idman növünün inkşafı maraqlı deyil. Sumqayıt kimi böyük şəhərimizdə stadiona belə "diqqət" göstərilirsə, rayonlardakı haləti təsvir etmək elə də çətin deyil.
Şəki rayonundakı stadionun ortasından yol çəkilməyib, ancaq hər halda, arenanın baxımsız vəziyyətdə olması ürəkaçan deyil. Uzaqdan baxdıqda gözəl mənzərə canlanır, amma və ancaq ki...
Regional bölgənin yeganə meydançasının qazonu bərbad haldadır. Dolayısıyla rayonun İcra hakimiyyətinin balansında olan stadiona Şəkinin qadınlardan ibarət "Marxal" klubu ev sahibliyi edir.
Ancaq pandemiya ilə əlaqədar komandaya məşq etməyə də icazə verilmir.
Ümid edirik ki, stadionlara laqeydlik nümayiş etdirənlər bunun ölkədə ayrılan milyonlarla vəsaitin qarşısında futbola böyük zərbə vurduğunu dərk edib (müəyyən qorxudan) hərəkətə keçərlər...
{gallery preview_height=400}2021-04-14/sek-1/{/gallery}