Azərbaycanda koronavirus pandemiyası səbəbindən bağlanan idman qurğuları yaxın zamanda fəaliyyətini bərpa edə bilər.

Offsideplus.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov deyib.

O bildirib ki, hazırkı durumu nəzərə alan nazirlik bununla bağlı təkliflərini Operativ Qərargaha təqdim edib.