Azərbaycan Azarkeşlər Birliyi (AAB) bölgələrimizə səfərlərə başlayıb.
Offsideplus.az xəbər verir ki, səfər çərçivəsində ilk ünvan Qəbələ rayonu olub. Burada ilk olaraq "Red Black Army - Qəbələ" azarkeş qrupunun rəhbəri Cavad Şərifli ilə birlikdə "Qəbələ" azarkeşi olan şəhidimiz Təbriz Qasımovun məzarı ziyarət edilib.
Daha sonra birliyin rəhbəri Atanur Cəfərli "Qəbələ" klubunun prezidenti, Vətən Müharibəsi iştirakçısı Fariz Nəcəfovla görüşüb. Klub rəhbərinə azarkeşlər adından təşəkkür ünvanlanıb və ona Azərbaycan şərfi hədiyyə edilib.