Rusiyalı üzgüçü dünya rekordunu təzələməklə adını Ginnesin rekordlar kitabına yazdırıb.
Offsideplus.az xəbər verir ki, Yekaterina Nekrasova Baykal gölünün buzları altında 85 metr məsafəni qət edib. Ən dəhşətlisi isə xanım idmançının buna su geyimindən istifadə etməməklə nail olmasıdır.
Bununla da Nekrasova dünya rekorduna adını yazdırıb. Həmin an Baykal gölünün ətrafında hava -30 dərəcə olub. Suyun altındakı hərarət isə -0,02. İndi hər kəs moskvalı qızın cəsarətindən və bacarığından danışır.
Qeyd edək ki, əvvəlki rekord 70 metr idi. Yekaterinanın məqsədi 71 metr üzmək olub. Lakin daha artığını bacarıb.