UEFA futzal üzrə milli komandaların 2020-ci il üçün sonuncu reytinq cədvəlini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, turnir cədvəlində ilk pilləni 2209 xalla İspaniya millisi tutub. Portuqaliya 2116 xalla ikinci, Rusiya 2098 xalla üçüncü yerdə qərarlaşıb.

Hesabında 1990 xal olan Azərbaycan millisi isə altıncı pillədə qərarlaşıb.

Qeyd edək ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda ötən illə müqayisədə bir pillə geriləyib.