Futzal üzrə Azərbaycanın 17 və 19 yaşlılardan ibarət yığmasının şərəfini qorumuş Kənan Əsədli Qarabağ döyüşləri zamanı yaralananlar arasındadır.
Offsideplus.az xəbər verir ki, 19 yaşlı idmançımız ön cəbhəyə yollanaraq qəhramancasına vuruşub, ağır xəsarətlər alaraq yaralanıb. Bir aydan artıqdır ki, qospitalda olan Kənan Futzal Federasiyasının laqeyd münasibətilə üzləşib. Belə ki, kasıb ailənin övladı olan Əsədlinin müalicəsinə Federasiyadan yardım edən olmayıb.
Əsgər idmançımıza şəfa diləyir və məsələnin aidiyyəti olan orqanlara çatacağına ümid edirik.