Beynəlxalq Konkisürmə İttifaqı (ISU) 2021-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə təşkili nəzərdə tutulan fiqurlu konkisürmə üzrə Avropa çempionatı ilə bağlı qərar qəbul edib.

Offsideplus.az xəbər verir ki, 25-31 yanvarda keçirilməli olan yarış koronavirus pandemiyası səbəbindən ləğv olunub.

Qurum həmçinin bu il 10-13 dekabrda Çinin paytaxtı Pekində planlaşdırılan Qran-pri finalının da baş tutmayacağını açıqlayıb. Şəhərin pandemiyaya görə yarışı qəbul edə bilməyəcəyi vurğulanıb.

Bundan başqa, Fransanın Lion şəhərində yeniyetmələr arasında dünya çempionatı da ləğv edilib. Yarış gələn il 12-13 martda gerçəkləşməli idi.

Qeyd edək ki, təqvimdə yalnız 2021-ci il 22-28 martda İsveçin Stokholm şəhərində keçirilməsi planlaşdırılan dünya çempionatı qalıb. Yarışın baş tutub-tutmayacağı epidemioloji vəziyyətdən asılı olacaq.