Qadınlardan ibarət Azərbaycan milli komandasının sabiq voleybolçusu Katerina Jidkova Yunanıstanın AEK klubundan kənarlaşdırılıb.

Offsideplus.az xəbər verir ki, komanda ilə Afinaya gedərək hazırlıqlara başlayan Jidovka komandanın sifariş ərizəsinə daxil edilməyib. Rəsmi açıqlamaya əsasən, baş məşqçi Kostas Arseniadis voleybolçunu bəyənmədiyi üçün bu addım atılıb. Buna baxmayaraq, hazırlıq prosesinin əvvəlindəcə belə qərarın verilməsi şübhəli görünür.

Yayılan məlumatlara əsasən, Jidkova Ermənistan - Azərbaycan münasibətlərinə görə qovulub. 31 yaşlı oyunçunun AEK-də olması ermənilər tərəfindən problem kimi qəbul ediləcək. Jidkovanın Ermənistan - Azərbaycan arasındakı müharibəyə görə komandadan göndərildiyi iddia edilir.

Qeyd edək ki, Katerina Jidkova AEK-ə sentyabrın ortalarında keçmişdi.