Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 3-nə olan statistik göstəriciləri açıqlayıb.
Offsideplus.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 7 137 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 902 965 test aparılıb. Onlardan 19 267-nin cavabı pozitiv çıxıb. İndiyədək 235 nəfər COVID-19-dan dünyasını dəyişib, 10 820 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 8 212 nəfərdir. 237 nəfər reanimasiyada, 59 nəfər süni tənəffüs cihazındadır.
Xatırladaq ki, bu gün Azərbaycanda 583 yoluxma faktı qeydə alınıb, 7 nəfər dünyasını dəyişib, 395 pasiyent sağalıb