Bakıdakı keçirilməsi planlaşdırılan və koronavirusa görə təxirə salınan aerobika gimnastikası üzrə dünya çempionatı və dünya yaş qrupları yarışlarının yeni tarixləri açıqlanıb.

Offsideplus.az xəbər verir ki, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) videokonfrans formatında keçirilən iclasında aerobika gimnastikası üzrə 9-cu dünya yaş qrupları yarışlarının 2021-ci il 21 - 23 may, 16-cı dünya çempionatının isə 27 - 29 mayda keçirilməsinə qərar verilib.

Qeyd edək ki, dünya yaş qrupları yarışları 8-10 mayda, dünya çempionatı isə 14-16 mayda Milli Gimnastika Arenasında təşkil edilməli idi. Lakin, pandemiya ilə əlaqədar digər yarışlar kimi təxirə salınıb.