"Palmali" şirkətlər qrupunun sahibi, "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimova qarşı FETÖ terror təşkilatına üzv olmaqla bağlı rəsmi ittiham irəli sürülüb.
Offsideplus.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu Terrorizm və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən hazırlanan ittiham aktında müttəhim Mübariz Qurbanoğlunun və onun əlaqədə olduğu şəxslərin fəaliyyətləri barədə araşdırma aparıldığı vurğulanıb.
Onun 7,5 ildən 15 ilədək həbsi istənilir.