Milli Olimpiya Komitəsi (MOK)Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, həmçinin Olimpiya mükafatçısı Rəsul ÇunayevAzərbaycan Çerlidinq Federasiyasının yığma komandasının üzvlərinin iştirakı ilə Olimpiya günü qeyd olunub.

MOK-dan Offsideplus.az-a verilən məlumata görə, tədbirin əsas məqsədi karantin rejimində yaşayış yerindən ayrılmadan əhali, xüsusilə uşaq və gənclər arasında Olimpiya hərəkatını təbliğ və təşviq etməkdən ibarət olub.

Ölkə başçısı, həmçinin Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin koronavirusla mübarizədə “Biz Birlikdə Güclüyük” devizinə dəstək olaraq reallaşdırılan kompozisiya dünyada və Azərbaycanda ilkdir.

Mayın 31-dək mərhələli şəkildə yüngülləşdirilən karantin rejiminin bütün qaydalarına riayət olunan tədbir Nəsimi rayonunda binaların əhatəsində yerləşən nümunəvi həyətdə baş tutub.

Eyvanlara çıxan bina sakinləri çerlidinq yığmasının üzvlərinin təqdim etdiyi hərəkətləri təkrarlayıblar. Daha yaxşı təkrar edən və fəallığı ilə seçilən bina sakinləri MOK-un hədiyyələri ilə mükafatlandırılıb.

Yunan-Roma güləşi üzrə Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc, dünya və Avropa çempionatlarının qızıl mükafatçısı, Bakı-2015 I Avropa Oyunlarının qalibi, “Şöhrət” ordenli Rəsul Çunayevin çıxışı və rəqsi tədbirdə əsl çoşquya səbəb olub.

Sakinlər əhəmiyyətli tarixi birgə qeyd etmək üçün eyvanlardan öz dəstəklərini əsirgəməyiblər. Tədbiri izləmək yalnız eyvanlardan mümkün olub.

ae5af626 5cba 4228 83bb b7d618392531