Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında idman tədbirləri ilə bağlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı iyunun 1-indən olan yumşalmalar sırasında idman tədbirlərinin olduğunu da bildirib: "İdman tədbirləri müzakirə olunur. 1 iyun tarixindən etibarən yarışların bərpası gözlənilir".
Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-ündə dayandırılıb. Digər ölkədaxili və beynəlxalq yarışlar təxirə salınıb.