Koronavirus pandemiyasına görə təxirə salınan akademik avarçəkmə üzrə Avropa çempionatının vaxtı açıqlanıb.

Offsideplus.az Beynəlxalq Avarçəkmə Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarış 9 - 11 oktyabrda Polşanın Poznan şəhərində keçiriləcək.

Daha öncə Avropa çempionatının 5 - 7 iyunda keçirilməsi nəzərdə tutulmuşdu.