Beynəlxalq Qılıncoynatma Federasiyası iyunadək nəzərdə tutulan bütün beynəlxalq turnirləri qeyri-müəyyən müddətədək təxirə salıb.

Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, təxirə salınan yarışlara Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan Dünya Kuboku da daxildir.

Mart ayından əvvəl qazanılan nəticələr isə qüvvədə saxlanılıb. Yarışlar dayandırıldığından, idmançıların reytinq cədvəli də "dondurulub".

Qeyd edək ki, turnirlər pandemiya dövrü başa çatdıqdan sonra başlayacaq.