Olimpiya məşəli Yunanıstandan Yaponiyanın şimal-şərqində yerləşən Miyaqi prefekturasına gətirilib.
Offsideplus.az xəbər verir ki, məşəlin gətirildiyi təyyarə planlaşdırılan vaxtdan bir saat əvvəl eniş edib. Olimpiya məşəlinin qarşılanma mərasiminin başlanması regionda nəqliyyatın hərəkətini pozmuş güclü küləyə görə gecikə bilər. Tədbirdə cüdo üzrə üçqat olimpiya çempionu Tadaxiro Nomura, sərbəst güləş üzrə olimpiya çempionu xanım Saori Yoşida iştirak etməlidirlər.
Məşəlin Yaponiya ərazisində estafeti martın 26-da qonşu prefektura Fukusimada futbol məşq mərkəzində başlanacaq. Bu prefektura da 2011-ci ildə təbii fəlakətdən zərər görüb. Lakin yerli hökumət orqanları infeksiyanın yayılma təhlükəsinin qalması səbəbindən insanları estafetin marşrutu boyunca kütləvi cərgəyə düzülməkdən çəkinməyə çağırır. Yaponiya hökuməti koronavirusun yarışların keçirilməsinə mane olmayacağı mövqeyini saxlayır. Beynəlxalq Olimpiya Komitəsinin videokonfransdan sonra Tokio-2020 ilə bağlı ən ideal qərarı verəcəklərini açıqlayıb.