Tokioda keçiriləcək Yay Olimpiya Oyunları koronavirusa görə tamaşaçısız keçirilmə variantı müzakirə olunur.
Offsideplus.az xəbər verir ki, yarışın yalnız televiziya ilə nümayiş olunması variantı təklif olunub. Bu variant yarışın ləğv edilməsi və ya başqa yerə keçirilməsinə alternativ addım ola bilər.
Oyunlara hazırlığa 12 milyard dollar xərcləyən Yaponiya yarışın ləğv edilmə və ya başqa yerə keçirilməsindən narahatdırlar.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax da təşkilatçıların mövqeyini dəstəkləyib.
Qeyd edək ki, 50-dən artıq ölkədə aşkarlanan koronavirusa yoluxanların sayı təxminən 90 min nəfərdir ki, onların 3 mini ölüb. İtaliyada futbol oyunları və bir sıra ölkələrdə dünya və Avropa çempionatları virusa görə təxirə salınıb.