WADA (Ümumdünya Antidopinq Agentliyi) antidopinq qaydalarını pozmaqda ittiham olunan rusiyalı idmançıların sayını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, qurumun yaydığı hesabatda 45 idmançının 4 növü - 41-i ağırlıqqaldıran, 2-si taekvondoçu, 1-i güləşçi və kanoçi - təmsil etdiyi bildirilir.

WADA həmçinin Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasını Rusiyadan olan 66 idmançının işi ilə bağlı məlumatlandırıb. 

Xatırladaq ki, Ümumdünya Antidopinq Agentliyi Moskva Antidopinq Laboratoriyasının məlumatları saxtalaşdırması səbəbindən Rusiyanı beynəlxalq yarışlardan 4 il müddətinə kənarlaşdırıb.

Cəza 2020-ci il Tokio Yay Olimpiya Oyunları və 2022-ci il futbol üzrə dünya çempionatına da şamil edilir. Rusiya AVRO-2020-də iştirak edə biləcək, çünki yarışı FİFA yox, UEFA təşkil edir.