Rusiyanın yenidən üzvlüyə qayıtması gündəmdədir.
Offsideplus.az xəbər verir ki, Rusiya Olimpiya Komitəsinin Beynəlxalq Olimpiya Komitəsindəki (İOC) üzvlüyü bərpa oluna bilər. Bunun yaxın 2 gün ərzində gerçəkləşməsi gözlənilir.
İOC-un üzvü Şamil Tarpişev bildirib ki, xizəkçi və hokkeyçilərdən götürülmüş dopinq-testin nəticələrini gözləmək lazımdır. Digər idmançılar isə artıq “təmiz” çıxıblar.
Qeyd edək ki, İOC-un İcraiyyə Komitəsi ötən il dekabrın 5-də Rusiya Olimpiya Komitəsini qurumdan kənarlaşdırıb. Bu üzdən də rusiyalılar Pxençxan Qış Olimpiya Oyunlarında xüsusi status və Olimpiya bayrağı altında çıxış ediblər. Şimallıların Olimpiadanın sonunadək cəzadan qurtulacağı gözlənilsə də, 2 idmançıda dopinq tapılması məsələni yubadıb.
Mənbə: Apasport.az