Azərbaycanın bədii gimnastları Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayıblar.

Offsideplus.az xəbər verir ki, çoxnövçülük üzrə təsnifat mərhələsində A qrupunda yer alan Zöhrə Ağamirova halqa ilə hərəkətlərdə 19.000 xalla 13-cü olub. Veronika Qudis isə 16.950 xalla 34-35-ci pilləni bölüşüb.

Hər iki idmançı sabah topla hərəkətlərdə bacarıqlarını nümayiş etdirəcəklər.