Azərbaycan paraüzgüçüsü Roman Saleh Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.
Offsideplus.az-ın məlumatına görə, o, bu uğura Böyük Britaniyanın paytaxtı Londonda keçirilən dünya çempionatında imza atıb.
R. Saleh 100 metr məsafəyə arxası üstə 1 dəqiqə 1 saniyəyə (1:01:00) üzərək, yarışı 2-ci yerdə tamamlayıb. O, ilk 2 yerdən birini tutduğu üçün "Tokio 2020"yə birbaşa vəsiqə əldə edib.
Qeyd ki, R. Salehdən öncə parapauerliftinqçi Elşən Hüseynov da Paralimpiadada iştirak hüququ qazanıb.