Futzal üzrə Yüksəl Liqanın sonuncu qalibi olan “Araz” növbəti transferini reallaşdırıb.

Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə, Naxçıvan təmsilçisi ötən mövsüm “Xəzər Cənub”la çempionatın gümüş medalını qazan Hadi Rezvanla anlaşıb.

Hücumçu mövsümün sonuna qədər “Araz”ın formasını geyinəcək.

Qeyd edək ki, Rezvan ötən mövsüm 85 qolla Yüksək Liqanın bombardiri olub.