Futbol üzrə Braziliya yığmasının heyətində iki dəfə dünya çempionu olmuş Kafunun milyonlarla dollar borcu yaranıb.
Offsideplus.az xəbər verir ki, futbolçunun 2004-cü ildən sahib olduğu “Capi Penta International Football Player” agentliyi ciddi maliyyə itkilərinə məruz qalır.
Kafu borclarını ödəmək üçün mülkiyyətinin bir hissəsini satmalı olub. O bildirib ki, maliyyə çətinliklərindən xilas olmaq üçün əmlakını satmağa hazırdır:
“Bu, mənim şəxsi problemimdir. Mən öz mülkiyyətimdən, maşınımdan, evimdən imtina edə bilərəm. Borclarımı bağlamaq istəyirəm”.