İsveçdə idmançıların olduğu təyyarə qəzaya uğrayıb.

Offsideplus.az “euronews”ə istinadən xəbər verir ki, Umeo şəhərində yerli paraşütçüləri aparan təyyarənin yerə çırpılması nəticəsində 9 nəfər həyatını itirib. Ölənlər arasında tanınmış idmançılar da var.

Məlumata görə, layner havaya qalxandan bir neçə dəqiqə sonra Ume çayındakı kiçik adaya düşüb.

Hökumət faciəni nəzarətinə götürüb.

Qəzanın səbəbləri araşdırılır.