II Avropa Oyunlarının bağlanış mərasimində bayrağın növbəti Oyunların ev sahibi Polşanın Krakov şəhərinə ötürülmə mərasimi keçirilməmişdi.
Tədbir zamanı Oyunların bayrağı, sadəcə, aşağı endirilməklə kifayətlənmişdi. Bu Krakov şəhərinin III Avropa oyunlarını keçirməkdə tərəddüd etdiyi barədə xəbərlərin yayılmasına səbəb olmuşdu.
Polşa şəhəri turnirin ev sahibliyindən maddi xərclərin çoxluğu səbəbindən imtina edə bilər.
Polşanın"Gazeta Wyborcza" qəzetinə açıqlama verən müxalifət lideri Mayxrovskiy bildirib ki, Krakov Avropa oyunlarını keçirmək üçün müraciət etməyib: "Krakov nə Olimpiya Oyunlarının təşkili üçün müraciət edib, nə də maliyyə hesabatını açıqlayıb.İndiki vəziyyətdə biz Krakovda 12 min insanı qəbul edə bilmərik. Bu xərcləri gələn turistlərlə qarşılamaq reklam xarakterli sözlərdir. Biz turistlərin olmamasından şikayətçi deyilik".