Azərbaycan yığması gələn il Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına ilk lisenziyanı qazanıb. 

Offsideplus.az-ın məlumatına görə, bu uğura atlet Anna Skidan nail olub.

Çinin Nanjinq şəhərində keçirilən “IAAF World Challange Nanjing 2019” yarışında çəkic atma növündə mübarizə aparan Skidan 72.92 metr nəticə göstərərək 5-ci yeri tutub. Bu nəticə də olimpiadaya lisenziya əldə etmək üçün kifayət edib.

Yarışda iştirak edən digər atletimiz Nazim Babayev isə 6-cı olub.

Qeyd edək ki, Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün atletlər ən azı 72.50 metr nəticə göstərməlidi.