Azərbaycanın taekvondo millisi Böyük Britaniyanın Mançester şəhərində keçirilən dünya çempionatının ikinci gününü də medalsız başa vurub.

Offsideplus.az-ın məlumatına görə, bu gün mübarizəyə qoşulan Bəhruz Quluzadə (54 kq) və Məhəmməd Məmmədov (68 kq) ilk görüşdəcə məğlub olublar. Onlar 1/64 final mərhələsində müvafiq olaraq pakistanlı Şahzaib Xan ilə Bosniya və Herseqovina təmsilçisi Nedzad Husiçə uduzublar. 

Qeyd edək ki, ilk yarış günündə Qaşım Maqomedov 1/4 finalda mübarizəni dayandırıb. Azərbaycanın 10 taekvondoçu ilə təmsil olunduğu mundiala mayın 19-da yekun vurulacaq.