Braziliyalı sabiq futbolçu Pele xəstəxanaya yerləşdirilib.
Offsideplus.az xarici mətbuata istinadən xəbər verir ki, sponsorluq razılaşması üçün Parisə gedən Pele, yüksək hərarət səbəbindən xəstəxanaya aparılıb.
Braziliyalı keçmiş futbolçunun sağlıq vəziyyətinin yaxşı olduğu, hazıda həkim nəzarətində saxlanıldığı bildirilib. 78 yaşlı Pelenin yaxınları isə məsələylə bağlı açıqlama verməyib.
Futbol tarixinin ən yaxşı futbolçuları arasında göstərilən Pele, Braziliya millisi ilə 3 dəfə dünya çempionatının qalibi olub.