Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) İcraiyyə Komitəsinin iclası keçirilib.

Federasiyadan Offsideplus.az-a verilən məlumata görə, mərasimdə ağırlıqqaldırma üzrə yığma komandaların məşqçiləri də iştirak ediblər.

İclasda qəbul edilən qərarlara əsasən, ağırlıqqaldırma üzrə yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi postuna Oktay Muxtarov, qadınlardan ibarət yığma komandanın baş məşqçisi postuna isə Sərdar Həsənov təyin ediliblər.