Nigeriya yığmasının və Fransanın "Bordo" futbol klubunun oyunçusu Samuel Kalunun anası oğurlanıb.
Bu barədə "sportinglife.ng" nəşri məlumat yayıb.
Bildirilir ki, qadın fevralın 27-də evinə qayıdan zaman oğurlanıb.
"Adam oğruları qadına görə təqribən 8,3 min dollar pul istəyiblər və onu buraxacaqlarına söz veriblər. Biz bütün gecəni gözlədik, lakin o qayıtmadı. Növbəti səhər onlar daha çox pul almaq üçün yenə zəng etdilər. İndi 41 min dollar istəyirlər", — deyə futbolçu bildirib.
Abiya ştatının polisi artıq hadisə barədə məlumatlandırılıb.