Uelsin "Kardif" klubunun yeni transferi Emiliano Salanın da içində olduğu itən təyyarədən bir nəfərin cəsədi çıxarılıb.
Offsideplus.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, cəsədin argentinalı hücumçuya, yoxsa pilota aid olduğu barədə məlumat verilməyib.
Qeyd edək ki, Sala yanvarın 22-i Fransadan Kardiffə xüsusi təyyarə ilə yola salınıb. Ancaq hava gəmisi mənzil başına çatmazdan yarım saat əvvəl radardan itib. Sonradan axtarış qrupu təyyarəni La Manş boğazından tapıb.



