"Qarabağ" klubunun futbolçusu Yakub Jezniçak vətəni Polşada badminton turnirinə qatılıb.
33 yaşlı müdafiəçi ölkədaxili yarışın qalibi olub. Fəxri kürsüdəki fotosunu sosial şəbəkədəki hesabından paylaşan Jezniçak "Kolleksiyam üçün daha bir kubok" yazıb.
Qeyd edək ki, Yakub Jezniçak 2017-ci il iyulun 6-dan "Qarabağ"da çıxış edir. Hazırda istirahətdə olan Ağdam komandası mövsümün ikinci yarısına hazırlıq məqsədilə yanvarın 9-da Türkiyənin Antalya bölgəsində bir araya gələcək. (Report)