Leo Messi MLS tərəfindən cəzalandırılıb. 

Offsideplus.az xəbər verir ki, argentinalı ulduz açıqlanmayan məbləğdə cərimə ödəyəcək. Buna səbəb Messinin "Nyu York Siti"nin məşqçisi Mehdi Ballouşu boynundan tutması olub. 

MLS üzrə keçirilən sözügedən görüşdə (2:2) Luis Suarez də rəqib futbolçu Börk Rizanın boynundan yapışmış və nəticədə eyni şəkildə cərimələnib.