Mahir Emreli "Nürnberq"də komanda yoldaşı ilə dalaşıb.
Offsideplus.az xəbər verir ki, millimizin hücumçusu Yannik Hofmann və Finn Elçlə mübahisə edib. Bu barədə "Bild" nəşri məlumat yayıb.
Futbolçumuz Finnlə yüngül sözləşib, Hofmanna isə sərt oyununa görə narazılığını bildirib. Bundan sonra, əsəbləşən Yannik Hofmann Emrelini ingilis dilində təhqir edib.
Baş məşqçinin köməkçisi Ceremi Polenz Almaniya mətbuatına açıqlamasında məsələyə aydınlıq gətirib:
"Belə emosiyaların olması pis deyil. Şifahi mübahisələrin olması normal haldır".
Qeyd edək ki, sabah "Nürnberq" səfərdə "Hannover 96" ilə qarşılaşacaq.