Konfrans Liqasında III təsnifat mərhələsinin oyunları başa çatıb. 

Offsideplus.az xəbər verir ki, qeydə alınan nəticələrdən sonra UEFA reytinqində dəyişiklər olub. Azərbaycan siyahıda geriləyib. Ölkəmiz ötən həftə ilə müqayisədə iki pillə aşağı düşüb. 

Bu həftə Azərbaycan təmsilçilərindən "Qarabağ" "Ludoqorets"i məğlub edib, "Zirə" "Osiyek"lə bərabərə qalıb, "Sabah" isə "Sent Patriks Atletik"ə uduzub. Qarabağ"ın qələbəsi 0,250, "Zirə"nin heç-heçəsi isə 0,125 əmsal qazandırıb.

Azərbaycan reytinqdə hazırda 18,875 xalla 26-cı yerdədir. 25-ci sırada Kipr, 27-ci pillədə isə Bolqarıstan qərarlaşıb.