İtaliya millisinin sabiq futbolçusu Mario Balotelli karyerasını Braziliyada davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, hücumçu "Korintians"la razılıq əldə edib.

Hazırda azad agent statusunda olan 34 yaşlı futbolçunun son klubu Türkiyənin "Adana Dəmirspor" olub.

O, Super Liqa təmsilçisinin heyətində 16 oyunda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.