Ronaldinyo ötən gün verdiyi qalmaqallı açıqlamaya aydınlıq gətirib. 

Offsideplus.az xəbər verir ki, "sambaçı" Braziliya millisini boykot eləmiş və Kopa Amerikada onları dəstəkləməyəcəyini söyləmişdi. Dediklərinə Ronaldinyo belə aydınlıq verib:

"Elə dedim ki, hamıdan reaksiya alım. İndi Braziliyanı heç vaxt dəstəkləmədiyim kimi dəstək olacam. Milli komandanın dəstəyə ehtiyacı var, gənc futbolçuların talantı böyükdür və braziliyalıların sevgisinə ehtiyacları var. Kopa Amerika başlayır və biz kubok qazana bilərik.

Yığmaya dəstək olmaq üçün "Reksona" ilə əməkdaşlığa başladım. Braziliyanı dəstəkləmək üçün böyük bir tərəfdar zənciri quracağıq". 

Ronaldinyonun açıqlamasını buradan oxuya bilərsiniz. Daha sonra isə Rafinya məşhur braziliyalının sözlərinə cavab vermişdi.