Türkiyə 1-ci Liqa təmsilçisi "Bandırmaspor" heyətini yeni futbolçu ilə gücləndirib.

 Offsideplus.az xəbər verir ki, Balıkesir təmsilçisi Surinam əsilli niderlandlı vinger Florian Mark Jozefzoonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Ayaks"ın yetirməsi olan 32 yaşlı futbolçu geridə qalan mövsüm Niderlandın "Valveyk" klubunda 27 oyuna çıxıb, 5 qol və 3 qol ötürməsi ilə yadda qalıb.

Fəqan İbrahimli